Aİ Rusiyanı çirkli pulların yuyulması ilə bağlı boz siyahıya salmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) artan iqtisadi təzyiqin bir hissəsi olaraq Rusiyanı çirkli pulların yuyulmasına nəzarəti zəif olan ölkələrin boz siyahısına əlavə etməyi düşünür.
AFN.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. "Rusiyanın siyahıya daxil edilməsi ideyasına böyük dəstək var", - Almaniya parlamentinin deputatı Markus Ferber bildirib.
Qəzet yazır ki, siyahıya daxil olmaq ölkənin reputasiyasına xələl gətirir və maliyyə qurumlarından əməliyyatların icrası zamanı əlavə yoxlamalar aparmağı tələb edir. Rusiyanın Çirkli Pulların Yuyulması üzrə Maliyyə Fəaliyyəti İşçi Qrupunda (FATF) üzvlüyünün dayandırılmasına baxmayaraq, bəzi ölkələrin icmanın bu təşəbbüsünü əngəlləyəcəyi gözlənilir.
Nəşrin məlumatına görə, yekun qərar hələ verilməyib. "Brüssel siyahısının əvvəlki versiyasına Əlcəzair, Anqola, Venesuela, Keniya, Kot-d'İvuar, Laos, Livan, Monako, Namibiya və Nepalın daxil etməyi planlaşdırırdı. Həmçinin Barbados, Cəbəllütariq, Birləşmiş Ərəb Əmirlikləri, Panama, Seneqal, Uqanda və Yamaykanın siyahıdan çıxarılması planlaşdırılır", - deyə "Financial Times" yazır.