Şimali Kipr Türk Cumhuriyəti Azərbaycana başsağlığı verdi
Şimali Kipr Türk Cumhuriyətinin Prezidenti Ersin Tatar Azərbaycana başsağlığı verib.
"Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmada həyatını itirən Azərbaycan Ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət diləyirəm. Şəhidlərin ailələrinə, yaxınlarına səbr diləyirəm, qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Kipr türk xalqı hər zaman dost və qardaş Can Azərbaycanın yanındadır", - Ersin Tatar qeyd edib.