15 yaşlı oğlan qonşu qızın telefonunu aldı, atasını bıçaqladı


Ağdaşda 15 yaşlı oğlan mobil telefona görə qonşusunu bıçaqlayıb.


AFN.az xəbər verir ki, 40 yaşlı şəhər sakini B.Əmrahov ötən gün qızına məxsus telefonu almaq üçün 2007-ci il təvəllüdlü qonşuları N.Axundovun (şərti) evinə gedib.

Telefonu istəyən zaman tərəflər arasında mübahisə yaranıb. Bu zaman 15 yaşlı N.Axundov B.Əmrahovu qolundan bıçaqlayaraq xəsarət yetirib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu