“Abad Həyət" layihəsi çərçivəsində ağaclar kəsilib

Xətai rayonu, Cavanşir küçəsi 36-38 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov AFN.az-a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda “Abad Həyət" layihəsi çərçivəsində abadlaşdırma işlərinin aparıldığı və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən 2 aşmış ağacın götürüldüyü, digər ağaclara isə aqrotexniki qulluq göstərildiyi müəyyən edilib.