Sənədi sistemdə olmayan vəfat edənlərin birdəfəlik ödəmələri necə veriləcək?


“Vəfat etmiş Birinci Qarabağ müharibəsi əlillərinin vərəsələrinə də birdəfəlik ödəmələr proaktiv qaydada veriləcək”.


AFN.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

H. Məmişov bildirib ki, əgər vəfat etmiş şəxsin xəsarət almasına və ya əlilliyinə dair sənədlər elektron sistemlərdə aşkar olunmazsa, onda dünyasını dəyişmiş şəxsin vaxtilə qulluq etdiyi dövlət orqanına müraciət edilməlidir: “Həmin orqandan sənədlərin elektron sistemə daxil edilməsini tələb etməlidirlər. Bundan sonra həmin şəxslərə proaktiv təyinat aparılması mümkündürsə, yəni əliliyinə dair sənədlər ƏƏSMN-nin sistemində aşkar olunarsa, onlara bildiriş göndəriləcək ki, müvafiq notariat qorqanına müraciət etsinlər. Sənədlər aşkar edilməzsə, lazımi sənədlərlə birgə DOST mərkəzinə və ya DSMF-nin yerli bölmələrinə müraciət edə bilərlər. Müraciət edildikdən sonra şəxsin 20 gün ərzində təyinatı həyata keçiriləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu