I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlər nə vaxt veriləcək?
"1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin iyul ayından başlanması nəzərdə tutulub".
Bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev "Sosial saat"da verib.
Qeyd edək ki, I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat verilməsi nəzərdə tutulur.