Özünü körpələri ilə binadan atan qadının son vəziyyəti AÇIQLANDI


“İyulun 19-da övladları ilə birlikdə özünü binadan atan qadın övladının müalicə aldığı xəstəxanaya köçürülüb”.



AFN xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

O qeyd edib ki, qadın TƏBİB-in tabeliyində olmayan xəstəxanaya köçürülüb:

“Həmin xanımın vəziyyəti stabilləşmişdi. Onun palataya köçürülməsi planlaşdırılsa da, ailənin istəyi ilə o, TƏBİB-in tabeliyində olmayan və övladının müalicə aldığı xəstəxanaya köçürülüb”.

Qeyd edək ki, iyulun 19-da qadın iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən ataraq intihara cəhd edib. Hadisə nəticəsində azyaşlılardan biri ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu