Türkiyə Ukrayna taxılı üçün “dəhliz” yaradılmasına nikbin baxır


“Ankara Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün təhlükəsiz dəniz dəhlizinin yaradılmasına nikbin yanaşır”.


TASS xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib:

“Tərəflər arasında müəyyən ehtiyatlar var, biz onların aradan qaldırılması üzərində çalışırıq. Bu məsələyə nikbin yanaşırıq”.

Akarın sözlərinə görə, xüsusilə, Ukrayna limanlarının minalardan təmizlənməsi, gəmilərin dənizə çıxdıqdan sonra müşayiət olunması və digər məsələlər üzərində iş aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu