Rusiya daha bir beynəlxalq yarışdan məhrum olub


2022/2023 mövsümündə Rusiyada fiqurlu konkisürmə üzrə Qran-pri mərhələsi keçirilməyəcək.


Bu barədə Beynəlxalq Konkisürmə İttifaqı (ISU) qərar çıxarıb.

ISU həmçinin Rusiya və Belarusun qurumun himayəsi altındakı digər yarışlara ev sahibliyi üçün namizədliyini verməyi qadağan edib. Qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar verilib.

Qeyd edək ki, Rusiya 2026-cı ildə Avropa çempionatına ev sahibliyi etmək üçün müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu