Amerikalı senator Ukraynaya qoşun göndərməyi tələb edib


ABŞ hakimiyyəti Ukraynanın “ikinci Suriyaya” çevrilməsinin qarşısını almaq üçün öz qoşunlarını Ukraynaya göndərməlidir. Bu tələblə Delaver ştatından senator Kristofer Kuns CBS telekanalının efirində çıxış edib.


Siyasətçi Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətinə hörmətlə yanaşdığını, lakin dövlət başçısının və onun xarici siyasət üzrə müşavirlərinin ABŞ hərbçilərini Ukraynaya göndərmək istəməməsi ilə razılaşmadığını bildirib. Kunsun fikrincə, Bayden və onun administrasiyası Moskvaya qarşı sərt sanksiyaların tətbiqi və əvvəllər kənarda durmağı üstün tutan ölkələrin bu məsələyə cəlb edilməsi istiqamətində çox işlər görüb, lakin indi kritik məqam gəlib çatıb.

“Mən çox qorxuram ki, biz gələcəkdə Ukraynanın necə Suriyaya çevriləcəyini görəcəyik (...). [Rusiya Prezidenti Vladimir] Putin yalnız biz onu dayandırdığımız zaman dayanacaq”, - deyə siyasətçi qeyd edib.

Mənbə: Lenta.ru



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu