Baydendən şok etiraf: Ukraynaya edilən yardım biznesdir


ABŞ prezidenti Co Bayden Ukrayna və İsrailə yardımı “ağıllı investisiya” adlandırıb. Onun fikrincə, Vaşinqtonun kritik tərəfdaşlarına bu cür dəstək gələcək nəsillər üçün dividend verəcək.



AFN.az xəbər verir ki, Bayden bu haqda xalqa müraciətində deyib. Ağ Evin rəhbəri Amerikanın milli təhlükəsizlik ehtiyaclarını maliyyələşdirmək üçün ABŞ Konqresinə təcili büdcə sorğusu göndərəcəyini açıqlayıb. O, 100 milyard dollardan çox tələb etmək niyyətindədir, bunun 60 milyardı Ukrayna üçün nəzərdə tutulub, 14 milyardı İsrailə gedəcək. Qalan vəsait isə ABŞ-ın özünün sərhədlərinin qorunmasına xərclənəcək.

“Amerika qoşunlarını təhlükə qarşısında qoymamaqda bizə kömək edin. Uşaqlarımız və nəvələrimiz üçün sülhün qurulmasına kömək edin”, - Bayden deyib.

Eyni zamanda Bayden bildirib ki, o, Amerika qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır. O, ofisindən xalqa televiziya ilə müraciət edərək qeyd edib ki, “Ukraynanın istədiyi tək şey köməkdir”. Bununla əlaqədar olaraq o, Konqresi ona Kiyevə fasiləsiz silah tədarükünü davam etdirmək imkanı verməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu