Şuşa DYP-nin rəisi qəzaya düşdü: Ölən və yaralananlar var - YENİLƏNİB + VİDEO
Füzulidə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan İlqar Hümbətov Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisidir.
Bununla bağlı “Qafqazinfo” məlumat yayıb.
Mayor rütbəli İ.Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
***
Füzuli rayonunda yol polisi avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes-Benz” və İ.Hümbətovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hadisənin görüntülərini təqdim edirik: