Dövlət Komitəsi Bakıda zorakılığa məruz qalan azyaşlı qızla bağlı məlumat yayıb


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda zorakılığa məruz qalan azyaşlı qızla bağlı məlumat yayıb.


Bu barədə AFN.az-a Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində yayılan, Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində azyaşlı qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında ailəyə səfər edilib.

T.Mərdanoğlu bildirib ki, səfər zamanı azyaşlı ilə söhbət aparılıb.

"Onun ilkin psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının təhsil və psixoloji reabilitasiya cəlb olunması istiqamətində işlər davam etdirilir", - Dövlət Komitəsinin mətbuat katibi əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu