Bakıda azyaşlı zorlanıb
Bakıda 12 yaşlı azyaşlının cinsi zorakılığa məruz qalması barədə məlumat yayılıb.
Baş Prokurorluqdan AFN.az-a verilən məlumata görə, paytaxtın Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.