Komitə sədri İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızın durumunu açıqlayıb


"İmişlidə 11 yaşlı qızın zorakılığa məruz qalması ilə bağlı araşdırmalar davam etdirilir".


Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin qız hazırda psixoloji reabilitasiya dövrü keçir.

"Qismən təhsilə cəlb edilib. Reabilitasiya dövrü başa çatdıqdan sonra onun təhsilini harada davam etdirəcəyi ilə bağlı qərar veriləcək", - Komitə sədri bildirib.

Qeyd edək ki, İmişlidə 11 yaşlı qız ögey atası tərəfindən təcavüzə məruz qalaraq hamilə qalmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu