GUAM: "Ukraynanı dəstəkləmək məsələsində vahid mövqedəyik"
Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM) Ukraynakı vəziyyətlə bağlı açıqlama yayıb.
Bu barədə təşkilatın sosial şəbəkədəki hesabında tvit paylaşılıb.
“Biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək məsələsində möhkəm və vahid mövqedəyik. Biz Ukrayna xalqına milli konsolidasiya, birlik və sülh arzulayırıq”, - paylaşımda qeyd olunub.