Şəhid övladları da “Teknofest Azərbaycan”da mübarizə aparacaq


Xəbər verdiyimiz kimi, 26-29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Festivalda 6 şəhid övladından ibarət komanda da çıxış edəcək.


“Qafqazinfo” xəbər verir ki, komanda “Zəfər” adı ilə çıxış edəcək.

“Zəfər” komandası festival çərçivəsində “Robitexnika” müsabiqəsində iştirak edəcək.

Qeyd edək ki, “Robotexnika” müsabiqəsi insana gündəlik həyatda faydalı olan və ya istehsalatda işinin müəyyən bir hissəsini yerinə yetirən, hətta əyləncəyə çevrilə bilən robotların dizaynını hədəfləyir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu