Əməkdar artist özgə evində öldü - Xanımı
Əməkdar artist Novruz Qartal dünyasını dəyişib.
Bu barədə Qaynarinfo-ya aktyorun həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib.
Zərqələm Əliyeva bildirib ki, Novruz Qartalın güzü ölənəcən qapıda qalıb:
"Onun gözünü qapıda qoydular. Gözü elə yolda idi ki, kimsə girib ona şad xəbər deyəcək. Olmadı... Novruz teatrı canından çox sevirdi, amma belə bir aktyor özgənin evində öldü".
Xanımı bildirib ki, Novruz Qartal Gəncədə dəfn olunacaq.
Qeyd edək ki, aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.