Qənirə Paşayeva Əməkdar artistin ağır durumunu parlamentdə qaldırdı


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ağır vəziyyətdə olan Əməkdar artist Novruz Qartalla bağlı parlamentdə müvafiq qurumlara çağırış edib


AFN-in xəbərinə görə, o deyib: "Azərbaycanın Əməkdar artisti, ağır xəstə olaraq son günlərini yaşayan dəyərli sənətkarımız Novruz Qartalla bağlı danışmaq istəyirəm. Novruz Qartal hər zaman bir sənətkar kimi ön cəbhələrdə əsgər və zabitlərimizin qarşısında çıxış edib, mədəniyyət sahəsinə öz töhvələrini verib. Novruz Qartal bu gün çox ağır vəziyyətdə kirayədə yaşayır. Sosial maddi durumu çox çətindir. Bir neçə gün əvvəl onu ziyarət etdik. Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini 1 otaqlı da olsa öz evində yaşamaqdır. Mən müvafiq dövlət qurumlarına, tikinti şirkətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhvələr vermiş sənətkarın son arzusunun həyata keçməsi üçün dəstək göstərməyə çağırıram".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu