“Hamı Novruz Qartala baş çəksin, onun dostlarına ehtiyacı var"
"Novruz müəllimin yanına gəlməyən bütün sənət adamlarına səslənirəm, xahiş edirəm, bu dar məqamlarda, ağır günündə onu unutmayaq, tək qoymayaq. Hamı ona baş çəksin, onun dostlarına ehtiyacı var".
Bunu Əməkdar artist Rəhman Rəhmanov xərçəng xəstəliyindən əziyyət çəkən həmkarı Novruz Qartalın səhhətindən danışarkən deyib.
Onun sözlərinə görə, ağır əməliyyat keçirən bir xəstəni dostları tək qoymamalıdır:
"Novruzun vəziyyəti ortadadır, ağır onkoloji əməliyyatdan çıxıb. Belə bir məqamda onu tək qoymaq olmaz. Məni gördü, çox sevindi, birlikdə çay içdik. Dedi: "Rəhman, inanırsan, neçə gün idi çay içə bilmirdim, gəlişin bir dərman kimi oldu, səninlə mən də çay içdim. Ruhlandıq. Canı ilə əlləşir, gəlin, ona bir dərman olaq".(Qaynarinfo)