Mahir Emrelinin transfer qiyməti artdı


Azərbaycan millisinin və "Legiya"nın hücumçusu Mahir Emrelinin transfer qiyməti bahalaşıb.


Qaynarinfo "Transfermarkt”a istinadən xəbər verir ki, hazırda millimizin futbolçusunun transfer dəyəri 2 milyon avroya qalxıb.

Mövsümün əvvəlində isə bu rəqəm 1 milyon avro idi. 24 yaşlı forvardın "Legiya”dakı çıxışı onun bazar dəyərinə də müsbət təsir göstərib.

Qeyd edək ki, cari mövsümdə 19 rəsmi oyuna çıxan Mahir Emreli 10 qol vurub və 1 məhsuldar ötürmə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu