Prezident Azərbaycanla BMT arasında bağlanmış sazişi təsdiqləyib
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında" qanunu imzalayıb.
Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında 2019-cu il mayın 31-də və iyunun 21-də imzalanmış məktublar mübadiləsi formasında bağlanmış Saziş təsdiq edilib.