Hadrutun azad olunmasından bir il ötdü -
Bu gün Hadrut qəsəbəsinin düşmən işğalından azad olunmasından bir il ötür.
Məhz ötən ilin bugünkü günündə Prezident İlham Əliyev ötən il tvitter hesabı vasitəsilə doqquz yaşayış məntəqəsinin işğaldan azad olunduğunu elan edib.
Belə ki, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı kəndləri işğaldan azad olunub.
Eyni zamanda, hərbçilərimiz ilk dəfə Xocavənd rayonundan iki yaşayış məntəqəsini - Hadrut qəsəbəsi və Sur kəndini işğaldan azad edib.