Bələdiyyə sədrinin müavini saxlanıldı


Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədir müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.


Prokurorluqdan AFN-ə verilən məlumata görə, Mahir Bayramov öz qulluq mövqeyindən istifadə edərək vətəndaşa Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsini icarəyə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib.

Ondan Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə vermək adı ilə ondan ümumilikdə 21 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq edib, həmçinin bu əməli ilə də vətəndaşı rüşvət verməyə təhrik edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb. Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu