Türkiyədə koronavirusdan daha 272 nəfər dünyasını dəyişib
Türkiyədə koronavirusdan sutka ərzində 272 nəfər dünyasını dəyişib.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 304 530 nəfər test edilib, 22 857 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 14 527 nəfər sağalıb.