Azərbaycanda daha 1 156 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb


Azərbaycanda ötən sutka ərzində koronavirus infeksiyasına 1156 yeni yoluxma faktı qeydə alınıb, 1739 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 14 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 607076 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 580 495 nəfər müalicə olunaraq sağalıb, 8 137 nəfər vəfat edib, aktiv xəstə sayı 184 44 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 848, ötən müddət ərzində isə ümumilikdə 5 706 189 test aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu