Koronavirusa yoluxan Çingiz Abdullayev xəstəxanaya yerləşdirilib
Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev koronavirusa yoluxub.
Yazıçı bu barədə "Sputnik Azərbaycan"a açıqlamasında bildirib.
Yazarın sözlərinə görə, hazırda o, xəstəxanaların birində müalicə alır. Vəziyyəti sabitdir.





