Səyyad Əlizadənin xanımı da xəstəxanaya yerləşdirilib
Xəbər verdiyimiz kimi, müğənni Səyyad Əlizadə koronavirusa yoluxub. Vəziyyəti ağır olan sənətçi xəstəxanaya yerləşdirilib.
Axşam.az-ın məlumatına görə, ötən gün S.Əlizadənin həyat yoldaşı da xəstəxanaya aparılıb. Onun vəziyyəti yaxşıdır.
Qeyd edək ki, S.Əlizadə və xanımı Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya yerləşdirilib.