Koronavirusa yoluxan deputat xəstəxanaya yerləşdirildi
Milli Məclisin koronavirusa yoluxan deputatı xəstəxanaya yerləşdirilib.
"Report" un əldə etdiyi məlumata görə, deputat Sahib Alıyev hazırda "Yeni Klinika"da müalicə alır.
Qeyd edək ki, Sahib Alıyev iyunun 20-də "Report"a açıqlamasında koronavirusa yoluxduğunu bildirmişdi.