ABŞ və Fransa artıq Türkiyəni Qarabağ məsələsində tərəf kimi qəbul edib - politoloq


Baydenlə yanaşı, Makron da Brüsseldə Ərdoğanla Qarabağı müzakirə edəcək.


AFN xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib. O bildirib ki, münaqişənin həllində iştirak edə bilməyən və bölgədə təsir itirən iki həmsədr ölkə Türkiyə üzərindən də “dönüş” cəhdləri edir: "Burada ən mühüm detal Rusiyadan sonra Minsk Qrupunun digər iki həmsədr ölkəsinin də Türkiyəni Qarabağ məsələsində, ümumilikdə bu bölgədə əsas tərəf kimi qəbul etməsidir və bu iki aspektdə əhəmiyyətlidir. Birincisi, Ankaranın tərəf kimi qəbul edilməsi Bakının əlini gücləndirir və Azərbaycana qarşı Qarabağla bağlı Rusiya ilə yanaşı, Qərbdən gələn təzyiqləri də neytrallaşdırır. İkincisi isə ABŞ və Fransanın Qarabağı Türkiyə ilə müzakirə etməsi, Rusiyanı üçtərəfli razılaşmaların bütün bəndlərinin tezliklə həllinə sövq edir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu