Qarabağda işləməyə usta lazım olsa, birinci məni nəzərə alın – usta ilə söhbət


“Əsgərliyə getməmişdən əvvəl usta yanında fəhlə işləyirdim. 1987-ci ildə əsgərliyimi bitirib gələndən fasiləsiz tikintidə çalışıram”.


Norm Ustalar Klubu layihəsi çərçivəsində növbəti qonağımız Elçin Əzimovdur. Ağsu rayonunda doğulub boya-başa çatan Elçin usta artıq 35 ilə yaxındır ki, tikinti sahəsində çalışır. Özünün də dediyi kimi, bu işin “cikini də bilir, bikini də”. Sovet dövründə tikintidə işləyən həmsöhbətimiz 1995-ci ildən sonra özəl fəaliyyətə başlayıb: “Sovet dövründə şənbə-bazar, qeyri-iş günlərində fərdi sifarişlər götürürdüm..

Bütün fəaliyyəti boyunca doğma rayonunda işləyib. Bir neçə dəfə paytaxt Bakıda da sifariş götürüb, lakin sonradan təkcə Ağsuda işləmək qərarına gəlib: “Burda sifarişlərim çox olurdu, insanlar işimi bəyəndikləri üçün məni axtarırdılar. Ona görə də kənardan sifariş götürməyi saxladım. Çox şükür, el-obamızı Allah qorusun, demək olar ki, işsiz qalmıram. Dolanışığım bu işdən çıxır, ailəmi normal saxlayıram, halal zəhmətimlə dolana bildiyim üçün hər zaman şükür oxuyuram”.

Elçin ustanın böyük oğlu da özü kimi tikinti sahəsini seçib: “Yetkinlik yaşına çatmış bir oğlum var, alçıpan ustasıdır. Qızım ondan kiçikdir, ikinci oğlum isə lap balacadır. Böyük oğlum oxumağı yox, bu sənəti seçdi. Dedi, ata, mənim oxumaq fikrim yoxdur. Dayıları da alçıpan ustasıdır, onların yanında öyrəndi və başladı bu işə. Amma mən istəyirdim, o, ticarətlə məşğul olsun. Öz istəyilə o sahəyə getdi, öz işinin sənətkardırıdır”.

Zəlzələdən sonra dövlət sifarişi ilə tikintilərə təklif alsa da, getməyib. Hazırda briqada ilə işləyir. Obyekti sıfırdan inşa edib təhvil verir. Digər həmsöhbətlərimiz kimi E.Əzimov da Qarabağda gedən tikinti-quruculuq işlərində işləmək üçün hazırdır: “Norm Ustalar Klubuna da bildirmişəm ki, ora ustalar lazım olsa birinci məni nəzərdə tutun. Canla-başla gedib işləməyə hazıram!”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu