"Çox şey Prezidentin bu sualının cavabından asılı olacaq" - Eks XİN şefi


"Bu raketlər Ermənistana verilməyib”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Prezident İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında prezidentin "Haradandır bu raketlər Ermənistan ordusunda? Bizdə kifayət qədər məlumat var, sadəcə olaraq, rəsmi açıqlama gözləyirik”,- mesajını şərh edərkən deyib. Politoloq bunun bir başa müraciət olduğunu qeyd edib:

"Hər şey bəllidir. Burada işarə yoxdur, bir başa müraciətdir. Azərbaycan Prezidenti Rusiya prezidentindən soruşur ki, bu raketlər hardan gəlib və bunları kim istifadə edib? Mən o fikirdəyəm ki, umumiyyətlə, bu raketlər Ermənistana verilməyib. Bu raketlər həmişə Rusiya qoşunlarının əlində olub. Bu baxımdan suallar ona görə Rusiyaya ünvanlanıb ki, raketlər hardan gəlib ermənilərin əlinə düşüb? Bunları kim istifadə edib və nə məqsədlə. Məsələ açıqlamasını istəyir”.
Tofiq Zülfüqarov bunun çox vacib məsələ olduğunu hesab edir:

"Bu, siyasi amil kimi həm Ermənistanın, həm də Azərbaycanın daxili siyəsətində özünü birizə verir. Bu sualın cavabından çox şey asılı olacaq. O cümlədən Ermənistan-Rusiya və Azərbaycan-Rusiya münasibətləri”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu