Rusiya İrandan ballistik raketlər almağa ehtiyat edir


Rusiya İrandan ballistik raketlər almaqdan qorxur.


AFN.az xəbər verir ki, bu barədə “Financial Times” NATO ölkələri rəsmilərinin qiymətləndirmələrinə istinadən xəbər verir. Bildirilir ki, Rusiya bunun Qərbin Ukraynaya Amerika ATACMS kimi uzaqmənzilli raketlərinin tədarükünə yol açacağından ehtiyat edir.

Hesablamalara görə, Rusiyanın idarə olunan raket və artilleriya mərmiləri ehtiyatları ötən ilin sonundakı ehtiyatların təxminən yarısı qədər qalıb. "Rusların raketə ciddi ehtiyacları var, onlar çıxılmaz vəziyyətdədir", - deyə nəşr Avropalı rəsmilərdən sitat gətirib.

Rusiyanın İrandan ballistik raketlər ala biləcəyi barədə ilk məlumatlar bir neçə ay əvvəl ortaya çıxsa da, hələ ki, bu, reallaşmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu