Gürcüstanda yeni maliyyə və ədliyyə nazirləri təyin olundu


Laşa Xutsişvili Gürcüstanın maliyyə naziri vəzifəsinə təyin olunub.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili bildirib.

Hökümət başçısı həmçinin bildirib ki, Rati Breqadze ədliyyə naziri vəzifəsinə təyinat alıb.

O, bu vəzifədə Haaqa məhkəməsinə hakim seçilən Qoça Lortkipanidzeni əvəzləyib.

Qeyd edək ki, keçmiş maliyyə naziri İvane Maçavariani ötən gün istefa verib. O, bu vəzifədə 2018-ci ilin iyulundan çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu