İmran Xan koronavirusa yoluxdu
Pakistanın Baş naziri İmran Xan koronavirusa yoluxub.
Bu barədə onun səhiyyə müşaviri Faysal Sultan tvitter hesabında məlumat yayıb.
Həkim qeyd edib ki, Xanın verdiyi "COVID-19” testinin nəticələri müsbət çıxıb. Baş nazir hazırda evində müalicəsini davam etdirir.