Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası qəbul edildi


Milli Məclisin bu gün keçirilən iclasında " Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında" qanun layihəsi müzakirə edilib.



“Report” xəbər verir ki, layihəyə əsasən, Hesablama Palatası Aparatının (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi istisna olmaqla) 2021-ci il üçün xərclər smetası 9 milyon 140 min 683 manat məbləğində müəyyənləşib.

Gələn il əməyin ödənişi üçün 8 milyon 216 min 309 manat, malların satın alınması üçün 588 min 164 manat, sosial ödənişlər üçün 129 min 500 manat, qeyri-maliyyə aktivləri üçün 206 min 710 manat vəsait nəzərdə tutulub.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu