Sakinlərin Şuşaya köçürüləcəyi tarix AÇIQLANDI


“Güman edirəm ki, ən azından gələn ilin yayında bir qısım insanların Şuşaya köçürülməsi baş verəcək”.



Bunu “Report”a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda Şuşanın tam su təchizatı ilə bağlı az iş qalıb, bu istiqamətdə işlər yekunlaşır: “Generatorlar vasitəsilə bütün şəhər işıqlandırılır. Şəhərdə 3-5 mərtəbəli binalar var ki, onlar dağıdılmayıb. Həmin binalar təmir olunmalıdır. Onlar asanlıqla bərpa olunacaq və insanlar tezliklə ora köçürüləcəklər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu