Bakıda yolu keçən gənc qızı avtomobil vurdu
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Yolu keçən 1995-ci il təvəllüdlü Sultanzadə Vüsalə Muxtar qızını minik avtomobili vurub.
Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.