Bakıda avtomobil gənc qızı vurdu
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Neapol dairəsində minik atomobili yolu keçən 2002-ci il təvəllüdlü Muradxanlı Aytən Aydın qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.