“Sumqayıt Texnologiyalar Parkı” 2 yeni şirkət yaradıb


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP Aliminium” və “STP Global Cable” MMC-ləri dövlət qeydiyyatına alıb.



AFN xəbər verir ki, hər iki şirkət “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) ilə eyni hüquqi ünvanda – Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən texnoparkda qeydiyyatdan keçib.

Onların hər ikisinin nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Rauf Surxay oğlu Atakişiyev (STP-nin direktoru) və İdris Ağa oğlu Mustafayevdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu