"Dost İş Mərkəzi" dövlət qeydiyyatına alınıb
Vergilər Nazirliyi “Dost İş Mərkəzi” MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Niyasi Süleyman oğlu Rəhimovdur.