Müdafiə Nazirliyi: Bugünkü döyüşlərdə aviasiya vasitələri tətbiq olunmayıb
Ermənistan tərəfinin guya bu gün aviasiya vasitəsilərimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.
Bu barədə AFN-ə Müdafiə Nazirliyindən bildirilib.
"Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb", - məlumatda vurğulanıb.