Azərbaycan MN: Su-25 təyyarəmiz vurulmayıb
Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni tərəfinin iddiasına münasibət bildirib.
AFN-in xəbərinə görə, MN Mətbuat Xidmətinin açıqlamasında deyilir:
Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.
Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.