İran XİN başçısı Moskvaya gedəcək




İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyulun 21-də Moskvaya səfər edəcək.



“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, o, səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Səfər çərçivəsində regional və beynəlxalq məsələlərin, habelə ikitərəfli münasibətlərə dair mövzuların müzakirəsi gözlənilir.

Qeyd edək ki, iyulun 19-da M.C.Zərif İraqın paytaxtı Bağdadda səfərdə olub, orada ölkə rəsmiləri ilə görüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu