Tərtərdə imtahan keçiriləcək məktəbdə dezinfeksiya işləri aparılıb




Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayının 10-da Tərtər rayonunda əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul imtahanının birinci mərhələsi və üzürlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün yekun qiymətləndirmə imtahan keçiriləcəkdir.



İmtahanların keçirləcəyi Tərtər şəhər 6 saylı tam orta məktəbdə sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.

İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu