Samuxun icra başçısı direktor xanımının adına ferma aldı - FOTO+SƏNƏD




Samuxun icra başçısı Alı Qocayevin sahib olduğu bizneslə bağlı məlumat yayılıb.



AFN xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli başçının rayonun Ziyadlı kəndində böyük ferma sahibi olması ilə bağlı xəbər paylaşıb. Jurnalist bildirir ki, icra başçısı fermanı Binəqədi rayonundakı 217 saylı məktəbin direktoru vəzifəsində çalışan xanımı Bənövşə Cəfərova Əkbər qızının adına rəsmiləşdirib: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin çıxarışında qeyd olunur ki, Alı Qocayevin həyat yoldaşı 2017-ci il ildə Samux rayonunun Ziyadlı kəndində 3 hektar ərazidə sahəsi 372 kvadratmetr olan tövlə tikdirib. Yəqin ki, Qocayevlərin heyvandarlıq təsərrüfatı 3 hektar sahəsi olan ferma ilə məhdudlaşmır. Fermanın ən azından bundan qat-qat artıq örüş və biçin sahələri olmamış deyil".
Qeyd edək ki, icra başçısının həyat yoldaşı 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının üzvüdür.
Samux İH-ə zəng etsək də, cavab verən olmadı. B.Cəfərova ilə əlaqə saxlayıb münasibət öyrənmək istədik. Xanım direktor bildirdi ki, bu məsələyə Samux İH cavab verməlidir: "Xahiş edirəm, məni bu söhbətə qatmayın! İcra Hakimiyyətinin nümayəndəsi bununla bağlı açıqlama verib, onu tapıb oxuyun".
Qeyd edək ki, Samux Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Elmar Qarayev axar.az-a açıqlamasında Samuxun icra başçısı Alı Qocayevin həyat yoldaşı Bənövşə Cəfərovanın rayonun Ziyadlı kəndində ferması olması barədə deyilənlərin doğru olmadığını deyib. "Hətta olsa belə, bu, elə də böyük mülk deyil" deyən İH nümayəndəsi bildirib ki, kiminsə 3 hektar torpağının olması elə də böyük bir şey deyil: "Bu, nə fabrik, nə də zavoddur, sadəcə ailə təsərrüfatıdır. Bu məlumatı böyüdüb, qərəzli formada yazmaq düzgün deyil”.


Samuxun icra başçısı direktor xanımının adına ferma aldı -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu