Boliviyanın səhiyyə naziri korrupsiya ilə əlaqədar saxlanılıb




Boliviyanın səhiyyə naziri Marselo Navaxasa xəstəxanalar üçün süni nəfəs aparatlarının alınması ilə bağlı korrupsiya faktı üzrə saxlanılıb.

“Report”un məlumatına görə, bu barədə “El Deber” nəşri bildirib.

Qeyd edilir ki, bu işlə bağlı nazir və bütün şəxslər öz vəzifələrinin icrasından kənarlaşdırılıb. Hüquq-mühafizə orqanları güman edir ki, süni nəfəs aparatları dörd dəfə artırılmış qiymətlərə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu