Avstraliya “silikoz” hallarına görə süni mərmər istehsalına qadağa qoyan ilk ölkə oldu


Avstraliya istehsal müəssisələrində silisium oksidinə məruz qalan işçilərdə “silikoz” hallarının artması səbəbindən süni mərmər istehsalına qadağa qoyan ilk ölkə olub.


"ABC News"un məlumatına görə, silisium tozunda nəfəs alaraq ağciyərlərə qalıcı və mütərəqqi ziyan vuran silikoz adlı peşə xəstəliyinin qarşısını almağı hədəfləyən qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Ölkənin ticarət palataları, səhiyyə müəssisələri və peşə xəstəlikləri ilə məşğul olan hüquq firmaları qanunu dəstəkləsə də, beynəlxalq daş istehsalçılarından olan "Caesarstone" qərarın iş yerlərində silikoz riskini azaltmadığını müdafiə edib.

Digər tərəfdən, qanunvericilik prosesindən əvvəl, Avstraliya İş Sağlamlığı və Təhlükəsizliyi Təşkilatı tərəfindən müxtəlif silisium növlərinin risk səviyyələrini araşdıran araşdırmada, ən çox silikoz hadisəsinin süni mərmər sənayesində görüldüyü müəyyən edilib. Mütəxəssislər bu sahədə çalışanlarda xəstəliyin daha sürətli getdiyini və ölüm riskinin daha yüksək olduğunu təsbit ediblər.

Tədqiqat həmçinin silisiumun təhlükəsiz növü olmadığı qənaətinə gəlib və müəlliflər bildiriblər ki, bütün süni mərmər qadağan edilməlidir.

Avstraliyada istehsalı qadağan edilən süni mərmər idxalının gələcək qanuni tənzimləmələrlə dayandırılması planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu