Mütəxəssislərdən xəbərdarlıq - Süni intellekt sosial nizamı məhv edə bilər


Yapon rəsmiləri süni intellektin sosial nizamı məhv edə biləcəyini və onun yaradacağı problemlərin onun faydalarından daha çox olduğunu bildirirlər.



Ölkənin ən böyük telekommunikasiya şirkəti "Nippon Telegraph and Telephone" (NTT) Yaponiyanın aparıcı qəzetlərindən biri olan Yomiuri Shimbun ilə birgə dərc etdiyi bəyanatda süni intellektdən istifadə ilə bağlı yeni qaydaların müəyyən edilməsi lazım olduğunu açıqlayıb.

ABŞ-ın tanınmış qəzetlərindən olan "Wall Street Journal"ın (WSJ) məlumatına görə, ən pis ssenaridə süni intellekt demokratiyanın və sosial nizamın çökməsi nəticəsində müharibələrə səbəb ola bilər.

Açıqlamada Yaponiya hökumətindən 31 oktyabr 2025-ci ildə keçirilməsi planlaşdırılan ümumi seçkilərdə təhlükəsizliyi təmin etmək üçün süni intellekt texnologiyasına nəzarəti artıracaq qaydalar qoyması istənilib.

NTT və Yomiuri Shimbun menecerləri son bir ildir Tokiodakı Keio Universitetinin alimləri ilə süni intellekt texnologiyası üzərində araşdırma apardıqlarını bildiriblər.

Qeyd edək ki, dekabrda qəzetdə dərc olunan məqalədə ABŞ-dan ölkəyə gətirilən süni intellekt proqramlarının dərin saxta videoların və dezinformasiyaların istehsalına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu