Magistraturaya ixtisas seçimi yaxın günlərdə elan olunacaq
“Bu ildən magistratura imtahanı birmərhələli oldu. Hazırda magistraturaya ixtisas seçimi ilə bağlı karantin rejiminə görə ali təhsil müəssisələri ilə də danışıqlar aparılır”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova bildirib.
Onun sözlərinə görə, magistraturaya ixtisas seçimi yaxın günlərdə elan ediləcək: “Çox güman ki, magistraturaya ixtisas seçimi iyulda keçiriləcək”.